Bağlı değilsiniz. Bağlanın ya da kayıt olun

Graffity - [Küçə Mədəniyyəti]

Aşağa gitmek  Ismarıc [1 səhifə (Cəmi 1 səhifə)]

1Graffity - [Küçə Mədəniyyəti] Empty Graffity - [Küçə Mədəniyyəti] Bir Çər. Mar. 31, 2010 8:42 pm

Graffity - [Küçə Mədəniyyəti]


Graffity-nin yaranma tarixi haqda hərə bir fikir irəli yürüdür.

Bəziləri ilk insan məskəni olan mağaralardakı divar rəsmlərini ilk qraffiti əsərləri kimi qəbul etdiyi halda, bəziləri bunu qəbul etmir. Amma məncə etməyənlər yanılırlar. Bir çox yazı oxuduqdan sonra mən də bu qənaətə gəldim ki, elə ilk Qraffiti məskənlərindən biri də bizim Qobustandı. Zarafat eləmirəm. Fikrimi beyinlərə yeritməmək üçün (kiminsə beyninə öz fikrimi yeritməyin, beyin yuyulmasının əleyhinə olduğum qədər əleyhinəyəm) bu haqda özünüzün düşünmənizi istəyirəm.
Buyurun, oxuyun, bilmədiyinizi öyrənin və ya bildiyinizi təkrar edin. Biliyin anasını… təkrar eliyin.

Qadağan olunan yerlərdə şəkil çəkmək, harda ürəyin istəyir orda yaratmaq (ən çox da gecələr) əsl küçə yaradıcılığı bax, budu.

Müasir “divarcızanlar” özlərini rayter, gördükləri işi bombing, şəkilləri pieces, mətnləri taging adlandırırlar. Müasir graffity-nin yaranması ötən əsrin 60-cı illərində Nyu-York şəhərinin Manhatten rayonunun 183-cü küçəsində yaşayan TAKI-183 ləqəbli Demitrius soyadlı bir gənclə bağlıdır. TAKI-183-ün bombinqi qısa zaman ərzində bütün Nyu-Yorka yayıldı. Dövlət orqanları bombinqin qarşısını almaq məqsədi ilə rəngli balonların yeniyetmələrə satılmasını qadağan etdi. Bu zaman yaradıcılar “yeraltına” endilər. Metrolar, körpülərin altı, zirzəmilər yaradıcılıq məskəninə çevrildi.

Bombinq keçici xəstəlik kimi bütün Amerikaya, Avropaya, qısası bütün dünyaya yayıldı. Küçədə, asfaltda, divarda və s. yerlərdə çəkilən hər bir graffity yaradıcılıq əsəri olmaqla yanaşı, həm də cəmiyyətə, yaşadıqları şəhərin sakinlərinə ünvanlanmış bir ismarışdı. Graffity-lər onları yaradanların həyatını, ətrafdakı hadisələrə onların münasibətini əks etdirir.

Hər bir küçə rəssamının öz ləqəbi vardır, hər bir ləqəbin də öz tarixçəsi. Onlar Tag-ləri (avtoqraflar, mətn) nə ilə istəsələr - rənglə, balonla, qələmlə və s. - yazırlar. Artıq Tagging özü də divar rəngkarlığının azad bir istiqamətinə çevrilib.

Bu gün bu stil bütün dünyada populyardı. Dünyanın ən müxtəlif yerlərində rayterlər eyni komiks personajlarını xatırladan obrazlar, fantastik-kosmik mənzərələr, futuristik şəhərlər çəkir. Onlar cəmiyyətə özlərini tanıtmaq, cəmiyyət tərəfindən görülmək, eşidilmək istəyirlər. Öz etirazlarını graffity ilə bildirirlər. Küçə rəssamları çəkdikləri şəkillərin tez-tez pozulmasına çox rahatlıqla yanaşır və bunu oyunun bir hissəsi kimi qəbul edir. Onlar üçün əsas olan reaksiyadı, şəkillərin pozulmasını da elə reaksiya kimi qəbul etmək olar.

Təcrübəli rayterlər bir müddət sonra peşəkarlaşır və graffity işindən pul da qazana bilir. Onlar dizayner kimi klubları dizayn edir, reklam dizaynı ilə məşğul olur və s. Berlin, London kimi şəhərlərdə graffity festivalları keçirilir, rayterlər öz əsərlərini auksionlara çıxararaq, satır.

İstifadəçi mə`lumatlarına bax

2Graffity - [Küçə Mədəniyyəti] Empty Geri: Graffity - [Küçə Mədəniyyəti] Bir Ç.a. Apr. 06, 2010 6:31 pm

Admin

Admin
Admin
Gözəl məlumatdı.çox sagol məlumuta görə

İstifadəçi mə`lumatlarına bax http://beck.1forum.biz

3Graffity - [Küçə Mədəniyyəti] Empty Geri: Graffity - [Küçə Mədəniyyəti] Bir Ç.a. Apr. 06, 2010 7:03 pm

Dəyməz Admin =)

İstifadəçi mə`lumatlarına bax

Sponsored content


Əvvələ qayıt  Ismarıc [1 səhifə (Cəmi 1 səhifə)]

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.