Bağlı değilsiniz. Bağlanın ya da kayıt olun

Azacıq Şeytan Haqqında

Aşağa gitmek  Ismarıc [1 səhifə (Cəmi 1 səhifə)]

1Azacıq Şeytan Haqqında Empty Azacıq Şeytan Haqqında Bir Ş. Mar. 20, 2010 6:02 pm

Admin

Admin
Admin
Hər bir günah əməldə şeytanın rolu vardır.O cümlədən, müsəlman qadınların hicabsızlığı, açıq-saçıq geyməsi İslam dininin qayda-qanunlarına zidd olduğu üçün günah və fəsad əməldir.Qadınların bu günaha batmasında Şeytanın başlıca rolu olduğunu qəbul etməliyik.

Şeytanın ən yaxşı silahı.
Həzrət Peyğəmbər (s) buyurub: "Şeytan üçün ən yaxşı və əlverişli silah qadınlardır."
Şeytanın bəşəri məhv etmək üçün müxtəlif sayda silahları vardır.Necə ki düşmənlə döyüşmək üçün insanlar müxtəlif sayda silahlara sahib olurlar.Lakin şeytan üçün insanla mübarizə apararkən hər şeydən daha etibarlı və onu bu mübarizədə qalib edib uğur qazandıran silah təqvasız (Allahdan qorxmayan, həyası olmayan) qadınlardır.
Bu hədisdən belə məlum olur ki, insanları məhv etmək üçün Şeytan mübarizə apardığı yolda hərzə və etiqadsız qadınlardan istifadə edir.
Altıncı İmam Cəfər Sadiq (ə) buyurur: "Şeytan üçün qəzəbli və iffətsiz qadından daha yaxşı ordu yoxdur."

Şeytanın məsləhət yığıncaqları.

Adətən, iş adamları öz işlərinə başlamaq üçün iki işi yerinə yetirirlər:
1.Proqram hazırlayır və fikir mübadiləsi etmək üçün yığıncaq təşkil edirlər.
2.O proqramı necə həyata keçirmək planını hazırlayırlar.

Şeytan da öz məqsəd və hədəflərinə yetişmək üçün bu iki işi yerinə yetirir.
"Ən'am" surəsinin, 121-ci ayəsində belə qeyd olunur ki, cin və insanlardan olan Şeytanların insanları aldatmazdan əvvəl məsləhət yığıncaqları olur.Bu yığıncaqlarda öz fikirlərini müzakirə edib və alçaq niyyətlərini həyata keçirmək üçün gözəl yığcam qərar qəbul edirlər.
"Ali-İmran" surəsinin, 14-cü ayəsi, "Nisa" surəsinin, 119 və "Ə'raf" surəsinin, 17, 20 və 21-ci ayələrində belə qeyd olunur ki, şeytanlar müxtəlif yollarla insanların qəlbinə daxil olur və hər kəs üçün onun nəfsani istəklərinə uyğun şəkildə plan cızırlar.
"Ali-İmran" surəsinin, 14-cü ayəsində isə belə qeyd olunur ki, insanların künaha alüdə olmasında ən təsirli yollardan biri cinsi əlaqə ilə bağlı olan məsələlərdir.
Həzrət Əli(ə) buyurur:" Şəhvətlər (günah və aludəliklər) Şeytanın qurğularındandır."

Şeytanın Qiyamət günü öz ardıcıllarına cavabı:

Şeytana itaət edən adamlar Qiyamət günü Allahın qəhr, qəzəb və əzabını gördükdə, Şeytandan onlara nicat verməsini istəyərlər. Deyərlər: "Ay Şeytan, biz dünyada bir ömür sənin sözlərinə qulaq asdıq və sənin göstərişlərini icra etdik, onda, sən də gəl bizi əzabdan qurtar."

Şeytan cavabında belə deyər:
Allahın peyğəmbərlərinə və məsumların haqq vədəsinə qulaq asmadınız, amma mənim əsassız vədələrimə siz itaət etdiniz.Mən sizi məcbur etmədim ki, mənə itaət edəsiniz.Mənim gördüyüm iş bu idi ki, sizi batilə tərəf dəvət etdim, siz də qəbul etdiniz. Yaxşı olardı ki, dəvətimi qəbul etməyəydiniz.Mən sizə hakim deyildim. Təkcə işim bu idi ki, sizi günaha dəvət etdim,siz də həvəslə və öz ixtiyarınızla qəbul etdiniz.("İbrahim" surəsi, ayə 22.)

Niyə məni danlayırsınız? Özünüzü danlayın!
çünki mən bir nəfər idim və sizi günag və Allaha itaətsiz olmağa dəvət etdim.Mənim müqabilimdə isə fitrət, əql, məlkələr, peyğəmbərlər, məsum imamlar, "Qurani-Kərim" və ilahi alimlər və s. durmuşdular ki, sizləri Allaha itaətdə olmağa və günah etməməyə dəvət edirdilər.Amma siz Allaha tərəf dəvət edənlərin dəvətinə məhəl qoymayıb, mənim puç və əsassız dəvətimə qane edici cavab verdiniz. Yaxşısı budur, hisslərinizi toplayın ki, belə kiriftarlığa düçar olmayasınız."



P.S: Bu yazılanları oxuduqdan sonra hələ də düzgün seçim etmək imkanınız var..

İstifadəçi mə`lumatlarına bax http://beck.1forum.biz

2Azacıq Şeytan Haqqında Empty Geri: Azacıq Şeytan Haqqında Bir Çər. Mar. 24, 2010 8:28 am

Taleh cox qeseng movzu yazmisan. twk:)))

İstifadəçi mə`lumatlarına bax

Əvvələ qayıt  Ismarıc [1 səhifə (Cəmi 1 səhifə)]

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.