beck
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Bağlı değilsiniz. Bağlanın ya da kayıt olun

Sevgidə Bəxtin Gətirmir?..

2 posters

Aşağa gitmek  Ismarıc [1 səhifə (Cəmi 1 səhifə)]

1Sevgidə Bəxtin Gətirmir?.. Empty Sevgidə Bəxtin Gətirmir?.. B.e. Mar. 22, 2010 10:23 am

Admin

Admin
Admin

Sevgi ilə arzunu səhv salma.
Sevgi - günəşdir, arzu - gözqamaşdıran şəfəq.
Şəfəq – kor edər, günəş - həyat verər.

Sevgidə bəxti gətirməyən və tənhalıqdan gileylənənlər aramızda kifayət qədərdir. Psixoloqlar bu insan tipajlarına yaxşı ad da veriblər: «qorxuducu insan».
Əslində, bu insanlardan çox gözəl, səmimi və ailə həyatında uğurlu tərəfdaş çıxar. Amma nədənsə onlarla tanış olanlar elə ilk görüşdən «qaçır»lar. Heç bir ciddi səbəb göstərmədən.... Görəsən, adaxlıları qorxudan səbəblər nədir?


Sevgidə bəxti gətirməyən «risk» qrupuna daxil olan qadınların tipləri:
I. Biznes Women – Işgüzar qadın
Bu xanım ürəyi istədiyi vaxt və münasib bildiyi yerdə görüş təyin edir. Görüş boyu saata baxır, vaxt azlığından şikayətlənir. Oğlanla elə danışır ki, sanki hansısa iş müqaviləsi bağlayır.

Kişilər ondan qorxur:
Çünki onun nə vaxt sərbəst olacağı məlum deyil. Kişinin fikri, qərarı bu qadınlar üçün önəmli deyil.

Kişilərə məsləhət:
Onun vüqarından və ciddi simasından təşvişə düşməyin. Əslində, elə bu qadınların sevgi, diqqət və nəvazişdən ötrü ürəkləri gedir. Ona özünü zəif hiss etmək üçün əlinizə düşən fürsətdən istifadə edin. Amma karyera və biznes planlarına müdaxilə etməyin.

Qadına məsləhət:
Rahat və sərbəst ol. İşindən zövq aldığın kimi, kişindən də zövq al.

II. Amazonka-Ailədə başçı:
Onu görmədən bir sözdən tanımaq olar: « Mən özüm».

Kişilər ondan qorxur:
Çünki heç kəs könüllü olaraq dikdaban altına düşüb, başqa kişilərin gülüş hədəfinə çevrilmək istəmir.

Kişilərə məsləhət:
Belə qadınları düzgün, mədəni və incə şəkildə «yerinə oturtmaq» olar. Onu hansısa çətin bir işin icrası uğrunda mübarizəyə dəvət edin. Sonrasa deyin: «Əzizim, sən uduzdun. Amma bu vəziyyətdə elə gözəl görünürsən ki..»

Qadına məsləhət:
Yavaş-yavaş öhdənizə götürdüyünüz işləri kişiyə ötürün. Mənzil-istismar idarəsnə getmək, telefon pulunu keçirmək, lampaları dəyişmək.

III. Gözəlçə «Barbi»
Parıltısından kişilərin gözü qamaşan, gəlincik kimi bəzəkli, əl güzgülü xanımlar.

Onlardan da qorxurlar:
Çünki onun xərci çoxdur, başı da bəlalıdır.

Kişiyə məsləhət:
Ona böyüməkdə və dünyagörmüş qadına çevrilməkdə kömək edin. İmkanınız varsa, ona gözəllik salonu hədiyyə edin ki, heç olmasa gününü orada keçirsin.

Qadına məsləhət:
Bəzənirdin ki, ərə gedəsən, seviləsən, sevildin. İndi də elə bəzən ki, kişi səndən qaçmasın.

IV. Hər şeyi bilən.
Addımbaşı kişiyə dərs keçən, az qala cibindəki siqaret və kibritin sayını bilib, ağı ilə fəxr edən qadınlar.

Kişilər ondan çəkinir:
Çünki hər dəfə camaat arasında pərt olub, özünü ağıllı göstərən qadının kölgəsində axmaq yerində qalacaq.

Bu qadınla nə etmək lazımdır?
Bax, belə qadınlarla həqiqətən çətindir. Onunla ayaqlaşacaq xasiyyətə və maraq dairəsinə sahib olmalısan.

Qadına məsləhət:
Ağlından ağılla istifadə et. Kişini alçaltmaqdansa, onu maraqlandıracaq mövzulara toxun.

V. Ümidsiz pinti
Görüşə çirkli əllər, dünənki makiyaj və pırtlaşıq saçlarla gələnlər.

Onlardan qorxurlar?
Əslində, diksinirlər. Kişi sabahkı yatağının və yeyəcəyi qabın vəziyyətini təsəvvür edib, dəhşətə gəlir.

Kişilər nə etsin:
Mübahisə edib, təmizlik barədə dərs keçmək əbəsdir. Onu seçmisən-indi də döz.

Qadına məsləhət:
Fikirləşmə ki, qəlbin təmizdirsə, hər şey düzəlib. Hamam və sabun, budur sənin xilas yolun.

Ümumiyyətlə, bu tip kişi və qadınları sevən, könül bağlayan və ya evlənən cütlüklərə psixoloqlar bir çıxış yolu göstərirlər: Sevmək.

Onu seçmisən, onu olduğu kimi sev. Qarşındakını tamamən özünəuyğun şəkildə dəyişməyə qəti çalışma.
Çox zaman həyatda iki əks qütb-mənfi və müsbət bir-birini cəzb edir. Bəlkə də həyatın uyğunlaşma qanunu bunun üzərində qurulub ki, sən səndən fərqli insanla yaşayıb, özünü daha yüksəkdə hiss edəsən. Əgər seçdiyin insanda olan xüsusiyyətlərə dözmürsənsə, deməli, onu yetərincə sevmirsən. O zaman vaxt itirmədən başqasını seç.

https://beck.1forum.biz

2Sevgidə Bəxtin Gətirmir?.. Empty TEK KAS PIRLANTA B.e. Apr. 12, 2010 6:18 pm

TEK KAS PIRLANTA



I love you I love you SEVMEDIMKI BIR GUN SEVSEM INSALLAH SEVGI BEXTIMDE GETIRER

3Sevgidə Bəxtin Gətirmir?.. Empty Geri: Sevgidə Bəxtin Gətirmir?.. B.e. Apr. 12, 2010 7:12 pm

Admin

Admin
Admin

Seversen Allah qoysa Very Happy

https://beck.1forum.biz

4Sevgidə Bəxtin Gətirmir?.. Empty TEK KAS PIRLANTA C.a. Apr. 29, 2010 5:14 pm

TEK KAS PIRLANTA



duzdu sevmemisem amma bir sevgi hekayesi yaza bilerem daha dogrusu olmus hekayeni menim sinif yoldasim olub yani qiz ne qizin nede oglanin adini yazmayacam o qizi bir oglan sevirdi qizsa ona yox deyirdi bir gun geldi oglan esger getdi amma qiz yeene oglana yox deyirdi oglan esgerlikden zeng vururdu onu sevdiyini deyirdi fikrim cidddidi deyirdi gunlerin bir gunu oglan esgerlikden qayitdi ve helede qizi sevirdi bu sevgi deyesen heyqi sevgiydi ve oglanin esgerlikden geldiyi bir muddetdiki qiz ona qarsi neyse hisss edirdi dediyim kimi o qiz menim sinif yoldasim olub oda menm kiki indiiyencen sevmemisdi amma deyesen artiq sevirdi oglnlara guvenmirdi menim kimi oq zizin xaisyyeti xosuma gelirdi cunki oz xasiyyetimden ondada gorurdum bir defe sevecem dedi oda heyat yoldasimi menim kimi neyse amma artiq sevirdi deyesen sevsede sevgisi cesaretsiz idi cesaret edib oglana he deye bilmirdi oglan sevdiyini deyib o qizi inandirmaga calisirdi amma day bilmirdiki qizda onu sevir amma sevgisi cesaretsiz idi qizin ne cekirdi icinde idi sevirem sozunu bele demeye cekinirdi ve en cetini bilirsiz neyidi oglan seviyini deyib rahatlasir amma qizsa ona yaxinken cox uzaq idi onu seve-seve sevmirem deyirdi qorxurdu qorxurdukui sevdiyini deyer sever amma olmaz ayrillalar ve nehayet qiz isteyirdiki oglani uzaqdanda olsa tanisin ve nehatyet gelib mene deyirdiki oglan bilmesede men onu sevirem il defe mene dedi dedim bes niye he demirsen oda yaziq-yaziq sevdiyimi ozume deye bilmirem ona nece deyim he gunler kecdi bu sevgi davam etdi sevn insan bir qizi sevirsense onu seve-seve basqa qizlarnanda telinde danisir,gorusur.sozler atir ve.s qiz bunlari oub heyqi dehsete geldi cesaetsiz sevgisi dahada cox cesaretsizlesdi ve nehayet mektebi qurtardiq qiz qiz oglani her tanimaq istediyinde onu geri ceviren cesaretsizliyi yorurdu men ilk defedi sevirem indi mene de gorum o nece sevirki meni seve-sve basqalrinida telinen danisir gorusur sozler atir men elimden geln qeder onun terefin tuturam amma onun etdiyi bu hereketleri mene gulle kimi atirlar bunlari mene deyirdi nehayet qiz sevsede sevdiyine sevirem demedi onun sanki tek caresi cesaretsiz sevgisini gotuturrb buralardan getmeyiyidi ona deyendeki yasadigin mehlede sene ne bexs edib o sadece bele deyirdi bir damla goz yasi men onu sevdim heyqi sevdim amma oysa 5 ildi meni sevsede etdiyi hereketler ona inanmagimi engelledi cesaretsiz sevgime cesaret yox dahada cox cesaretsizliy qatdi o gun bu gun qiz xarici dovlete imtahan verdi ve qebul oldu getdim gedende mene bir tek soz dedi men cesaretsiz svgimi goturub gedirem elvida nehayet mende ona dedimki INSALLAH QISMET OLSA MENDE XARICI DOVLETE IMTAHAN VERIB GELECEM ORA gorey qismet olsa bizde gedeciy amma onu deyim helede oglan onu sevir qizsa onu xeallarinda sevir indi deyin sevgi bexti getirib?

5Sevgidə Bəxtin Gətirmir?.. Empty Geri: Sevgidə Bəxtin Gətirmir?.. Ş. May 01, 2010 8:37 am

Admin

Admin
Admin

Gunah qizda olubda yazig oglan da insandida ne4e defe qiza diyib surunub arxasinca qiz ise oa yox diyib.bes oglan neynemelidi oda yeqin 4alishibki bashqa qizlarla gorushsun o biri qizi yadinnan 4ixarsin amma alinmiyib.neyse menim fikrim bu qeder

https://beck.1forum.biz

6Sevgidə Bəxtin Gətirmir?.. Empty TEK KAS PIRLANTA B. May 09, 2010 10:53 pm

TEK KAS PIRLANTA



sizce onu qazanmaga calismali deyildi qiz yox dese bele onu unutmaq ucun basqa qizlari yalandan sevmey duz deyil sevgi mesuliyyet demekdi yox sozunu esitse bele o sevgiye daha cox sarilmaq demekdi yoxsa svdim qiz yox dedi gedim basqa qizlari sevim yalandan onu unudaram bu duz deyil sen o qiza yox sen ozune ihanet edirsen onda ozune yalan danisirsan menimde fikrim budu

7Sevgidə Bəxtin Gətirmir?.. Empty Geri: Sevgidə Bəxtin Gətirmir?.. B.e. May 10, 2010 1:41 pm

Admin

Admin
Admin

senin fikrive hormetle yanashiram amma razi deyilem men o qizi ne vaxta qeder qazanmaga 4alishmaliyam?elimde esa tutana kimi?ona qeder ne qeder ne netice gorereme))

https://beck.1forum.biz

8Sevgidə Bəxtin Gətirmir?.. Empty TEK KAS PIRLANTA B.e. May 10, 2010 7:55 pm

TEK KAS PIRLANTA



ESL SEVIRSENSE QAZANMAGA CALISARSAN

9Sevgidə Bəxtin Gətirmir?.. Empty Geri: Sevgidə Bəxtin Gətirmir?.. Ç.a. May 11, 2010 7:09 pm

Admin

Admin
Admin

qarshiliqsiz sevgi ayriliq getirer

https://beck.1forum.biz

Sponsored content



Əvvələ qayıt  Ismarıc [1 səhifə (Cəmi 1 səhifə)]

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.