beck
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Bağlı değilsiniz. Bağlanın ya da kayıt olun

“ Əhli-beyt ”kimlərə deyilir

Aşağa gitmek  Ismarıc [1 səhifə (Cəmi 1 səhifə)]

1“ Əhli-beyt ”kimlərə deyilir Empty “ Əhli-beyt ”kimlərə deyilir C.a. Mar. 18, 2010 10:05 pm

Admin

Admin
Admin

“Əhli-beyt” sözü lüğətdə “ev əhli” mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli (ə), Fatimə (ə.s), Həsən (ə), Hüseyn (ə) və imam Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini nümunə olaraq əziz oxucuların nəzərinə çatdırırıq…


1– Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Əlinin oğlu Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi…


“Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin.” (“Əhzab” surəsi, 33)

“Səhihi-Müslüm”, 4-cü cild, səh.1885, 2424-cü hədis;

“Təfsiri-Təbəri”, 12-ci cild, səh.6, 22-ci hissə.

“Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.159, 4707-ci hədis;

“Əs-sünənul-kubra”, 2-ci cild, səh.212, 2858-ci hədis.


2– Amir ibni Sə`d ibni Əbi Vəqqas öz atasından nəql edir ki, vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu (Həsən və Hüseyni) əbasının altına çəkib dedi… “Pərvərdigara, bunlar mənim Əhli-beytimdir.”


“Səhihi-Müslüm”, 4-cü cild, səh.1871, 32-ci hədis;

“Müsnədi ibni Hənbəl”, 1-ci cild, səh.391 1608-ci hədis;

“Əs-sünənül-kubra”, 7-ci cild, səh.101, 13392-ci hədis;

“Sünəni Termezi”, 5-ci cild, səh.225, 2999-cu hədis;

“Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.163, 4719-cu hədis.

https://beck.1forum.biz

Əvvələ qayıt  Ismarıc [1 səhifə (Cəmi 1 səhifə)]

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.